Главная > Siyasət / Manset > Rusiya nümayəndə heyəti Türkiyədədir - Yenilənib
Rusiya nümayəndə heyəti Türkiyədədir - Yenilənib28-03-2022, 19:26. Разместил: admin |
İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar bu gün axşam saatlarında başlayacaq. “Azadsəs.az” xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları məlumat yayıb. Qeyd edək ki, İstanbulda görüşə dair razılıq Türkiyə və Rusiya Prezidentlərinin telefon danışıqları zamanı əldə olunub. Belə ki, bu barədə Türkiyə Prezidentinin ofisinin yaydığı məlumatda deyilir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Rusiya və Ukrayna danışıqlar qruplarının növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər”. Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, görüş beş saat davam edib. Tərəflər daha sonra martın 3-ü Belovejskaya Puşçada və martın 7-si isə Brest vilayətində görüşüblər. Hazırda danışıqlar videobağlantı vasitəsilə gündəlik formatda aparılır. Martın 10-da isə Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüş keçirilib. *** NTV xəbər verir ki, Ukrayna tərəfi ilə danışıqlar aparacaq Rusiya nümayəndə heyəti hazırda İstanbuldadır. Kremlin sözçüsü Dmitri Peskov danışıqlarla bağlı açıqlama verib. O bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar sabah Türkiyədə başlaya bilər. Вернуться назад |