Главная > Siyasət / Manset > Fuad Muradov israilli nazirlə görüşdü

Fuad Muradov israilli nazirlə görüşdü


8-04-2022, 16:50. Разместил: admin
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovla görüşüb.

Qurumdan “Azadsəs.az”a verilən məlumata görə, görüşdə İsrail dövləti və Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və ikitərəfli strateji tərəfdaşlıq münasibətləri barədə danışılıb.

F. Muradov diqqətə çatdırıb ki, müxtəlif xalqların və dinlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Y. Razvozov Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin 30-cu ildönümünün tamam olduğunu və dövlətlərarası əməkdaşlığın bütün sahələrdə yüksək səviyyədə uğurla davam etdiyini bildirib.

O, İsraildə də Azərbaycan icmasının fəal olduğunu, ölkənin ictimai həyatına inteqrasiya etdiyini, iki xalqın dostluq münasibətlərinin daimi olacağına inamını ifadə edib.
Вернуться назад