Главная > Siyasət > Ukraynada Bolqarıstanın fəxri konsulu oğurlanıb

Ukraynada Bolqarıstanın fəxri konsulu oğurlanıb


24-04-2022, 12:25. Разместил: admin
Rusiya ordusunun nəzarətinə keçən Ukraynanın Melitopol şəhərində Bolqarıstanın fəxri konsulu oğurlanıb.

Bu barədə şəhərin meri İvan Fyodorov məlumat verib.

“Ölkə üzrə 50-dən çox həmkarım oğurlanıb. Fəallara, iş adamlarına gəlincə, bu, işğalçılar üçün adi təcrübədir, öz fikri, vətənpərvərlik hissləri olan hər kəsi qaçırırlar.

Bir neçə saat əvvəl Bolqarıstanın fəxri konsulunun Melitopolda oğurlandığı məlum olub”, - Melitopol şəhərinin meri vurğulayıb.
Вернуться назад