Главная > Siyasət / Manset > Yeni Zelandiya Rusiya Federasiya Şurasının 170 üzvünə sanksiyalar tətbiq edib
Yeni Zelandiya Rusiya Federasiya Şurasının 170 üzvünə sanksiyalar tətbiq edib2-05-2022, 18:17. Разместил: admin |
Yeni Zelandiya hökuməti Ukraynadakı hərbi əməliyyatlara görə Rusiya Federasiya Şurasının əksər üzvlərinə və Rusiyanın bir sıra müdafiə müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta məlumat verib. O qeyd edib ki, qəbul edilmiş qərara əsasən, sanksiyalar Rusiya Federasiya Şurasının 170 üzvünə və altı müdafiə müəssisəsinə şamil ediləcək. Xatırladaq ki, bundan əvvəl Yeni Zelandiya Rusiya Federasiyasının 18 maliyyə qurumuna qarşı sanksiyalar tətbiq etmişdi. Вернуться назад |