Главная > Siyasət > Akar və Şoyqu Ukraynanı müzakirə etdi
Akar və Şoyqu Ukraynanı müzakirə etdi2-05-2022, 23:52. Разместил: admin |
Türkiyə milli müdafiə naziri Hulusi Akarın rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı olub. “Azadsəs.az” TRT-yə istinadən xəbər verir ki, görüşdə Akar humanitar vəziyyətin yaxşılaşdırılması, bölgədə sülh və sabitliyin bərpası üçün dərhal atəşkəsin vacibliyini, Mariupol başda olmaqla, qurudan və dənizdən dinc əhalinin təhlükəsiz şəkildə təxliyə edilməsinin vacibliyini vurğulayıb. Akar bir daha bəyan edib ki, humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyə əvvəllər olduğu kimi, bölgədə sülhün təmin olunması üçün üzərinə düşəni etməyə davam edəcək. Вернуться назад |