Главная > Siyasət / Manset > “Rusiya Kiyevi ələ keçirmək planından əl çəkməyib”

“Rusiya Kiyevi ələ keçirmək planından əl çəkməyib”


12-05-2022, 10:21. Разместил: admin
“Rusiya Kiyevi ələ keçirmək planından əl çəkməyib və buna görə də evlərinə qayıdan paytaxt sakinlərinin təhlükəsizliyinə təminat verə bilmərik”.

“Azadsəs.az” xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko CNN telekanalına açıqlamasında bildirib.

Mer Rusiyanın taktiki nüvə silahından istifadə ehtimalından da narahatlığını bildirib.

Kliçkonun sözlərinə görə, Ukraynanın paytaxtı hələ də Rusiyanın əsas hədəfidir. O, evlərinə qayıdan Kiyev sakinlərinə diqqətli olmaları barədə xəbərdarlıq edib.

“Nə qədər ki, Ukraynada müharibə var, biz heç bir ukraynalıya zəmanət verə bilmərik”, - deyən Kliçko Rusiya Federasiyasından hər an hücumun baş verə biləcəyini bildirib.
Вернуться назад