Главная > Siyasət > Peskov: Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır

Peskov: Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır


14-07-2020, 13:44. Разместил: azadses
“Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan dərin narahatdır və tərəfləri təmkinli olmağa və atəşkəsə rejiminə əməl etməyə çağırır“.
AzadSəs-in məlumatına görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz Ermənistan-Azərbaycan sərhəddində baş verən atışmalardan çox narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəsə dair öhdəliklərinə əməl etməyə çağırırıq", - deyən D.Peskov qeyd edib.
"Rusiya Minsk qrupunun həmsədri olaraq vasitəçilik səylərini göstərməyə hazırdır. Buna görə də hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq", - deyə Kremilin mətbuat xidmətinin rəhbəri əlavə edib.


Вернуться назад