Главная > Siyasət > Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır
Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır15-11-2019, 17:06. Разместил: azadses |
Yeni gəmi üçün baza kimi “Saar 72” layihəli korvet seçilib İsrail müəxəssisləri bu ölkənin hərbi donanmasının silahlanmasında yer alan “Saar 4.5.” raket katerlərini yeniləmək üçün yeni kiçik korveti layihələndirir. Azadses-in məlumatına görə, “Israel Shipyards Ltd” özəl tərsanəsi İsrail Müdafiə Nazirliyi ilə bu barədə müqavilə bağlayıb. Yeni gəmi “Reshef” adı daşıyacaq. “Naked Science” portalı qeyd edir ki, yeni gəmi üçün baza kimi “Saar 72” layihəli korvet seçilib. “Israel Shipyards Ltd” şirkəti həmin gəmiləri ixraca yönəldir. İlkin məlumatlara görə yeni korvet 800 ton standart su tutumuna malik olacaq. Onun uzunluğu 72 metr, eni 10.25 metr təşkil edəcək. Sürəti saatda 30 uzl olacaq. Gəminin heyəti 50 nəfər nəzərdə tutulur, lakin onun göyərtəsində əlavə qrup, məsələn, xüsusi təyinatlılar yerləşdirilə bilər. Silahlanmasında isə “Barak 8” zenit-raket kompleksi, “Gabriel 5” gəmi əleyhinə raketlərinin buraxılış qurğusu, 76 millimetrlik artilleriya qurğusu, məsafədən idarə edilən 2 30-millimetrlik artilleriya qurğusu və torpeda aparatı yer alacaq. “Saar 72” layihəli gəmilərə gəldikdə isə ilk sifarişçinin Azərbaycan olduğu bildirilir. Belə ki, iki belə gəmi Bakıda yığıla bilər. Xatırladaq ki, Azərbaycan İsrail şirkətləri ilə birlikdə müxtəlif tipli kiçik katerlər və döyüş gəmilərinin inşasını həyata keçirib. Həmin gəmilər Dövlət Sərhəd Xidmətinin silahlanmasında yer alır. Вернуться назад |