Главная > Siyasət > Samir Şərifov: “Ümid edirik ki, ABŞ regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə töhfə verəcək”
Samir Şərifov: “Ümid edirik ki, ABŞ regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə töhfə verəcək”1-07-2022, 21:19. Разместил: admin |
“Azərbaycan 44 günlük müharibədə qələbə qazanaraq çoxillik erməni işğalına son qoyub. Bu gün isə Azərbaycan regionda sülhün, tərəfdaşlığın bərqərar olması üçün məqsədyönlü addımlar atır, regionun əməkdaşlıq və inkişaf məkanına çevrilməsini arzulayır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına nail olmaq əhəmiyyət kəsb edir”. Oxu.Az-ın məlumatına görə, bunu ABŞ-ın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə maliyyə naziri Samir Şərifov deyib. O, ümidvar olduğunu bildirib ki, ABŞ regionda uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar edilməsinə töhfə verəcək. “Ümidvarıq ki, ABŞ Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurularaq ölkə iqtisadiyyatına inteqrasiyasını və tarixi torpaqlarımıza böyük qayıdışın təmin olunmasına yönəlmiş səylərini bölüşür və dəstəkləyəcək”, - deyə nazir vurğulayıb. Вернуться назад |