Главная > Siyasət / Manset > Boris Conson: “Britaniyada “Avroviziya” Ukraynanı və Ukrayna xalqını tərənnüm edəcək” - FOTO

Boris Conson: “Britaniyada “Avroviziya” Ukraynanı və Ukrayna xalqını tərənnüm edəcək” - FOTO


26-07-2022, 09:48. Разместил: admin
“Gələn il Britaniyada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi Ukraynanı və Ukrayna xalqını tərənnüm edəcək”.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson öz “Twitter” hesabında yazıb.

Conson qeyd edib ki, keçən həftə o, Prezident Volodimir Zelenski ilə “Avroviziya-2023”ün harada keçiriləcəyindən asılı olmayaraq Ukraynanı və Ukrayna xalqını tərənnüm edəcəyi ilə bağlı razılığa gəlib.

“Biz indi müsabiqəni qəbul etdiyimizə görə Böyük Britaniya bu vədinə birbaşa əməl edəcək və ukraynalı dostlarımız adından fantastik yarış keçirəcək”, - deyə Boris Conson vurğulayıb.

İyulun 25-də Avropa Dillər Birliyi və BBC “Avroviziya-2023” mahnı müsabiqəsinin hazırkı qalib olan Ukraynanın İctimai Teleradio şirkəti adından Böyük Britaniyada keçiriləcəyini təsdiqləyib.

Razılığa əsasən, BBC builki qalib kimi Ukraynanın bütün tədbirdə təmsil olunmasını təmin etməlidir.

İctimai Teleradio nümayəndələri gələnilki şouda Ukrayna elementlərini hazırlamaq və həyata keçirmək üçün BBC ilə əməkdaşlıq edəcəklər.


Вернуться назад