Главная > Siyasət / Manset > ABŞ-ın Ermənistandakı səfiri fəaliyyətini Rusiyada davam etdirəcək
ABŞ-ın Ermənistandakı səfiri fəaliyyətini Rusiyada davam etdirəcək22-09-2022, 18:22. Разместил: admin |
Rusiya Federasiyası Linn Treysinin ABŞ-ın Moskvadakı səfiri təyin edilməsinə razılıq verib. Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. Bundan əvvəl Treysinin namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülüb. Hazırda o, ABŞ-ın Ermənistandakı diplomatik missiyasının rəhbəridir. “Bəli, razılıq verdik. Məsələ burasındadır ki, onlar razılıq üçün bir müddət öncə müraciət etmişdilər. Lakin onun bu vəzifəyə namizədliyinin yenicə irəli sürüldüyünü bəyan etdilər. Biz də razılıq verdik”, - deyə Ryabkov jurnalistlərə bildirib. Вернуться назад |