Главная > Siyasət / Manset > Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub
Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub22-11-2022, 20:23. Разместил: admin |
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın hökumət saytında məlumat verilib. Bildirilir ki, 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı kimi hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. “Mixail Mişustin və Əli Əsədov nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, - deyə məlumatda vurğulanıb. Вернуться назад |