Главная > Siyasət / Manset > Xainin dəyişməyən xisləti: İranın şəhidlərimizin qanına bulaşan əlləri...
Xainin dəyişməyən xisləti: İranın şəhidlərimizin qanına bulaşan əlləri...27-01-2023, 16:39. Разместил: admin |
dövründə İranın namərd davranışı axan qanlarda onun da payının olması həqiqətini əsla dəyişmir. Özünü İslam dünyasının hamisi elan edən İran nəinki məscidlərin viran qoyulmasına susdu, hətta sökülən dini və mədəniyyət abidələrinin, azərbaycanlıların yurd-yuvalarının Qarabağdan daşınan materialları ilə özünün viran qalmış, səfalət içindəki şəhərlərini “restavrasiya” etdi. Bununla da cənub qonşumuz öz gələcəyini qan və iztirablarla, terror və vəhşiliklə inşa etdiyini ortaya qoydu. Bu gün isə İranın riyakarlığı və məkrli oyunları növbəti dəfə Azərbaycan şəhidinin qanı ilə nəticələndi. 44 günlük müharibədə olduğu kimi bu gün də İran əlini Azərbaycanın qəhrəman övladının, mərdlik və şücaət nümunəsi olan şəhidinin qanına boyadı. 44 günlük müharibədə bütün müqəddəs dəyərlərə xəyanət edən, islam dünyasının kürəyinə xəyanət bıçağını saplayan, “qardaşı” Ermənistanla birgə dinc sakinlərin, şəhidlərin qanına bais olan İran əsl mahiyyətini göstərərək, bu gün baş verənlər üçün illər əvvəl zəmin hazırladığını sübut etdi. Ancaq İran rejimi unudur ki, tarix xəyanətləri, günahsızların qanında əli olan xainləri mütləq cəzalandırır və onları layiq olduqları tozlu səhifələr arasında itib-batmağa, məhv olmağa məhkum edir... Вернуться назад |