Главная > Siyasət > Öcal Oğuz: “Beynəlxalq Türk Dili Günü noyabrda elan oluna bilər”
Öcal Oğuz: “Beynəlxalq Türk Dili Günü noyabrda elan oluna bilər”8-04-2023, 17:20. Разместил: admin |
"BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) bu ilin noyabrında Parisdə keçiriləcək 42-ci Baş Konfransında Beynəlxalq Türk Dili Gününün təsdiq ediləcəyi gözlənilir". Bunu "Report"a UNESCO-da Türkiyə üzrə Milli Komissiyanın rəhbəri Öcal Oğuz deyib. "Əslində bu, sadə, lakin kifayət qədər uzun davam edən prosesdir. UNESCO-nun qaydalarına əsasən, ilk növbədə, birgə qərar layihəsi hazırlanmalıdır. Bunun üçün həm türk dövlətlərinin milli komissiyaları, həm də onların xarici işlər nazirlikləri və UNESCO-dakı daimi nümayəndələri ilə koordinasiyalı iş aparılmalıdır. Biz bu prosesə 2017-ci ildə Türkiyədə başladıq, sonra türk dövlətlərinin milli komissiyalarını dəvət etdik və bir neçə görüş keçirdik", - deyə o bildirib. Öcal Oğuz əlavə edib ki, TÜRKSOY-a üzv ölkələrin hər birində milli dil günü var, lakin ortaq gün yoxdur. Bunun üçün 15 dekabr tarixinin seçilməsi təsadüfi deyil. "Türk xalqlarının qədim əlifbası olan run əlifbası məhz dekabrın 15-də deşifrə edilib və bu barədə beynəlxalq ictimaiyyətə məlumat verilib", - deyə UNESCO-da Türkiyə üzrə Milli Komissiyanın rəhbəri bildirib. O, aprelin sonunda qətnamənin UNESCO-nun Baş Direktorluğuna təqdim ediləcəyini, may ayında qurumun İcraiyyə Komitəsi ilə görüşün planlaşdırıldığını, bu ilin noyabrında Parisdə keçiriləcək 42-ci Baş Konfransda isə 15 dekabr tarixinin Beynəlxalq Türk Dili Günü elan edilməsinin gözlənildiyini vurğulayıb. Вернуться назад |