Главная > Siyasət > Baş nazirdən magistratura və rezidentura ilə bağlı mühüm qərar
Baş nazirdən magistratura və rezidentura ilə bağlı mühüm qərar8-08-2020, 17:42. Разместил: azadses |
![]() “Report” xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilib: 1. “1. Təhsil ixtisasları qrupu” bölməsinin “060119 Pedaqogika” ixtisasına “- Təhsildə qiymətləndirmə və monitorinq” sətrindən sonra “- Təlim və tədrisin təşkili və metodikası” sətri əlavə edilsin. 2. “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060212 Hüquqşünaslıq” ixtisasına “- Turizm hüququ” sətrindən sonra “- Beynəlxalq iqtisadi hüquq” sətri əlavə edilsin. 3. “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060308 Xoreoqrafiya sənəti” ixtisasına “- Rəqs sənəti üzrə müəllimtədqiqatçı” sətrindən sonra “- Xoreoqrafiya sənəti (sahələr üzrə)” sətri əlavə edilsin. 4. “5. Təbiət ixtisasları qrupu” bölməsinin “060509 Kompüter elmləri” ixtisasına “- Rəqəmsal hökumət” sətrindən sonra “- Verilənlərin təhlili (Data analitikası)” və “- Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” sətirləri əlavə edilsin. 5. “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin “060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisasına “- Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili” sətrindən sonra “- Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” sətri əlavə edilsin. Вернуться назад |