Главная > Siyasət > ANS-siz ANS-in 28 yaşı tamam olur

ANS-siz ANS-in 28 yaşı tamam olur


25-11-2019, 22:27. Разместил: azadses
Bu gün Azərbaycanın ilk müstəqil telekanalı olan  ANS-in 28 yaşı tamam olur. Azadses-in məlumatına görə, ANS 1991-ci il noyabrın 26-da 3 nəfər gənc jurnalist - Vahid Mustafayev,Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən yaradılıb. Onlar Bakı şəhərində dərc olunan “Azərbaycan” qəzetində işləyəndə tanış olmuşdular. ANS-in ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edib. ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan - Osetiyadan, Abxaziyadan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayırdılar. ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edirdi. ANS kanalının adı gələn zaman, yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür. 1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ildə ANS televiziyası ilə AzTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və onun oğlu prezident İlham Əliyevin məsələyə müdaxiləsindən sonra ANS-in yayımı bərpa edildi.2006-cı ilin noyabırın 24-dən isə telekanalın fəaliyyəti yenidən dayandırılır.Bu dəfədə ölkə başçısı İlham Əliyevin müdaxiləsindən sonra kanalın fəaliyyətini 17 gündən sonra bərpa etmək mümkün olur.ANS məşhurlaşdıqca Aztv tərəfindən dahada böyük təyziqə məruz qalırdı.Ümumilikdə fəaliyyət göstərdiyi 25 il ərzində kanal bir neçə dəfə bağlanıb yenidən açılsada 2016-cı il iyul ayının 18-dən ANS-in fəaliyyəti yenidən dayandırılır.

Xəyal Sadiqli
Вернуться назад