Главная > Siyasət > Viktor Orban: “Ukraynanın Rusiyanı məğlub etmək şansı yoxdur”

Viktor Orban: “Ukraynanın Rusiyanı məğlub etmək şansı yoxdur”


30-08-2023, 10:20. Разместил: azadses
“Ukraynanın Rusiyanı məğlub etmək şansı yoxdur”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban müsahibəsində deyib.

O bildirib ki, Qərbin Rusiya-Ukrayna münaqişəsində Kiyevin üstünlüyə sahib olması haqda təsəvvürləri yalandır.

Baş nazir Rusiyanı məğlub etməyin mümkünsüzlüyünə aydınlıq gətirib.

O, həmçinin regionda sülhün açarlarının Amerika Birləşmiş Ştatlarında olduğunu deyib.

V.Orbanın sözlərinə görə, Amerikada Kiyevin qalib gəlməsi haqda yayılan fikir yalandır.

Macarıstanın Baş naziri Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin Rusiyadan xeyli tez tükənəcəyini vurğulayıb.


Вернуться назад