Главная > Siyasət > Məntəqə sədri: "Səsvermə zamanı hansısa problem qeydə alınmayıb"

Məntəqə sədri: "Səsvermə zamanı hansısa problem qeydə alınmayıb"


7-02-2024, 08:52. Разместил: azadses
7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində 819 nəfər səs verə bilər.

Bu barədə "Report"a məntəqə seçki komissiyasının sədri Məmməd Bəşirov məlumat verib.

O bildirib ki, hazırda 88 nəfər səs verib:

"Qeydiyyatdan çıxma kağızı ilə səs verməyə gələnlər də var, hazırda onların sayı 7 nəfərdir. Daşınan qutudan istifadə edən və bu barədə müraciət edənlər hələ ki olmayıb. Səsverməsindən imtina edən şəxslər də olmayıb. Şəxsiyyət vəsiqəsiz səsverməyə gəlmə halı da yaşanmayıb. Səsvermə zamanı hansısa problem də qeydə alınmayıb".


Вернуться назад