Главная > Siyasət > Məhəmməd Cavad Zərif: "Azərbaycan İran üçün çox mühüm ölkədir"
Məhəmməd Cavad Zərif: "Azərbaycan İran üçün çox mühüm ölkədir"17-08-2020, 11:21. Разместил: azadses |
"İran İslam Respublikası Azərbaycanla münasibətlərinə böyük əhəmiyyət verir". “Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına yeni təyin olunan səfir Seyid Abbas Musəvi ilə görüşü zaman bildirib. “Qonşu ölkələrlə münasibətlərimiz öncül olduğu üçün Azərbaycan da bizim üçün çox mühüm ölkədir. Diplomatik münasibətlər sahəsində xeyli təcrübə sahibi olaraq onun Bakıda böyük uğurlar qazanacağına əminəm”, - iranlı nazir deyib. O, indi Azərbaycanla çox gözəl münasibətlər qurduqlarını söyləyib: “Ümidvaram ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri bundan sonra da güclənəcək”. Qeyd edək ki, İranın Azərbaycana yeni təyin olunan səfiri Seyid Abbas Musəvi 2019-cu ilin aprel ayından Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə başçılıq edib. Вернуться назад |