Главная > Siyasət > BMT-nin Cenevrə Ofisində “Türk Dünyası” sərgisinin açılışı olub

BMT-nin Cenevrə Ofisində “Türk Dünyası” sərgisinin açılışı olub


23-04-2024, 13:00. Разместил: azadses
BMT-nin Cenevrə Ofisində türk həftəsi çərçivəsində “Türk Dünyası” sərgisinin açılışı olub.

“Report”un yerli bürosu xəbər verir ki, sərgi Türk Dövlətləri Təşkilatı (TDT), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası və türk ölkələrinin BMT-nin Cenevrə Ofisindəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

Sərgidə nümayiş olunmuş hər bir eksponatda milli geyimlər, papaqlar, kəlağayılar, musiqi alətləri və çoxsaylı tarixi atributlar təqdim olunub.

Eyni zamanda, sərgilənən əsərlərdə türk xalqlarının qədim və zəngin irsi, tarixi keçmişi və mədəniyyətinə dair fikirlər öz əksini tapıb. Sərgidə türk dünyasının məşhur rəssamlarının rəsm əsərləri və əl işləri “İpək Yolunda Türk Dünyası” bölməsində nümayiş olunub.

Ölkəmiz sərgidə xüsusi guşə ilə təmsil olunub. Sərgi may ayının 3-nə qədər davam edəcək.


Вернуться назад