Главная > Siyasət > Keçmiş məcburi köçkün: “Biz qalib xalq kimi başımızı dik tutub öz yurdumuza qayıdırıq”

Keçmiş məcburi köçkün: “Biz qalib xalq kimi başımızı dik tutub öz yurdumuza qayıdırıq”


26-04-2024, 14:41. Разместил: azadses
“Vətəndən çıxan 8 yaşlı körpə fidanlar idik, dünyanı dərk etməyən uşaqlar idik, bu gün amma ömrünün 31 ilini məcburi köçkün həyatı yaşayan, olmazın müsibətlərini görən, öz doğmalarını itirən müharibə uşaqlarıyıq. Amma sevinirik ki, bu ağrımıza-acımıza dəydi, biz qalib xalq kimi başımızı dik tutub öz yurdumuza qayıdırıq”.

"Report" xəbər verir ki, bunu Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Mətanət Məmmədova deyib.

O bildirib ki, Füzuliyə qayıdarkən ilk işi Allaha dua etmək, şükür etmək olacaq:

“Füzulidən çıxanda balaca uşaqlar idik. Həyatımızın travmasını yaşadıq. Müharibə gördük, itkilər gördük. Başımıza gəlməyən qalmadı, köçkün həyatı yaşadıq.

Bu gün bizim üçün həm də ona görə özəldir ki, Füzuliyə qayıtmaq atamın da ən böyük arzusu idi. O bu arzu ilə köçdü dünyadan. Bu gün onun da arzuları çin olur.

Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı yataqxanada yaşamışıq. Bu gündən isə öz evimizdə, öz yurdumuzda firavan yaşayacağıq.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”.

Xatırladaq ki, aprelin 26-da Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Вернуться назад