Главная > Siyasət > Azərbaycan-İran sərhədində silahlı insident - FOTO

Azərbaycan-İran sərhədində silahlı insident - FOTO


4-12-2019, 14:21. Разместил: azadses
Azərbaycana doğru hərəkət edən naməlum şəxsin hərəkəti müşahidə edilib
Noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 1 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. 
Azadsəs-in məlumatına görə, Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusuna qarşı silahdan havaya xəbərdarlıq məqsədi ilə atəş açılıb, lakin sərhəd pozucusu əlindəki bağlamanı əraziyə ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıb. 
Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 1 ədəd qara rəngli torba içərisində ümumi çəkisi 4 kq 618 qr “marixuana” narkotik vasitə aşkar olunaraq götürülüb. 
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Вернуться назад