Главная > Siyasət > Şuşa sakini: "Bu gündən bizim üzərimizdən məcburi köçkün adı götürülür"

Şuşa sakini: "Bu gündən bizim üzərimizdən məcburi köçkün adı götürülür"


25-05-2024, 14:41. Разместил: azadses
İllərdir bu günlərin həsrəti ilə yaşamışıq.

"Report" xəbər verir ki, bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Mobil Rəşad oğlu Quliyev deyib.

O qeyd edib ki, Şuşaya qayıdanda ən birinci şəhidlərin məzarlarını ziyarət edəcək:

"Ən böyük arzumuz Şuşamıza qovuşmaq idi, çox şükür ki, arzumuza çatdıq.

Bu illər ərzində Məhəmmədi qəsəbəsində fərdi evdə köçkünlük həyatı yaşamışıq. Amma bu gündən etibarən bizim üzərimizdən köçkün adı götürülür. Şuşaya çatan kimi birinci Şəhidlər xiyabanını ziyarət edəcəyəm.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".

Xatırladaq ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.


Вернуться назад