Главная > Siyasət > Bolqarıstan XİN: Azərbaycanla əməkdaşlıq dinamik xarakter daşıyır

Bolqarıstan XİN: Azərbaycanla əməkdaşlıq dinamik xarakter daşıyır


28-05-2025, 16:31. Разместил: azadses
Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Bolqarıstan 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırır! Bizim dinamik əməkdaşlığımız və qarşılıqlı hörmət strateji tərəfdaşlığımızın gələcək inkişafı üçün möhkəm təməldir", - paylaşımda vurğulanıb.


Вернуться назад