Главная > Siyasət / Manset > Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ekspert və işçi qrupları yaradılıb
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ekspert və işçi qrupları yaradılıb7-12-2019, 16:00. Разместил: azadses |
Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert qrupu və işçi qrupu yaradılıb. Bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib. İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb. Məsələ müzakirə edildikdən sonra səsverməyə qoyularaq təsdiq edilib. Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib. Вернуться назад |