Главная > Siyasət > "Ramiz Mehdiyev təcili həbs edilsin!" — Partiya sədrindən ÇAĞIRIŞ
"Ramiz Mehdiyev təcili həbs edilsin!" — Partiya sədrindən ÇAĞIRIŞ18-09-2020, 10:54. Разместил: azadses |
“Kaspi təhsil mərkəzi Əli Həsənovun deyil, əslində Ramiz Mehdiyevin olub”. ''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, bunu KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, tək Kaspi təhsil mərkəzi deyil, başqa məktəblər də var ki, birbaşa Ramiz Mehdiyevin tapşırığı ilə yaranıb: “Əli Həsənovun var-dövlətinin hamısının üstü açılacaq. Onların hər birini Ramiz Mehdiyevin köməkliyi ilə əldə edib. Ramiz Mehdiyev, Əli Həsənov və onların hər biri FETÖ-nun, yəni 5-ci kalonun üzvləridir. Bu gün onlar dövlətə xəyanət etmiş insanlardır. Dövlətin içində dövlət yaratmaq istəyirdilər, onun da üstü açılıb. Hər ikisi də bu gün dirəniş göstərirlər. Ramiz Mehdiyevin 5-ci məqaləsi bir xanımın adı ilə çap edilib Bu barədə ciddi proses gedir. Mən təklif edirəm ki, Ramiz Mehdiyev təcili həbs edilsin. Əli Həsənovun bütün var-dövləti FETÖ-nun köməkliyi ilə əldə etdiyi xalqın sərvətləridir. Hazırda hər ikisi ey-işrət içində qudurğanlıq edirlər. Düşünürəm ki, onlar təcili həbs edilməsə, ölkədə qarışıqlıq olacaq. Onun üçün də Ramiz Mehdiyev təcili qandallanmalıdır. Abel Məhərrəmov bu gün qərbi azərbaycanlılarla görüşlər keçirib Ramiz Mehdiyevə tərəfdaş yığmağa çalışır. Bütün bu insanların hər biri dövlətə xəyanət edib, ölkəmizə qarşı koalisiya yaratmağa çalışırlar. Hüquq mühafizə orqanları onlar barəsində ciddi araşdırma aparılmalıdır. Çünki onlar FETÖ, Rusiya kəşfiyyatı və ermənilərlə münasibətdədirlər”. Вернуться назад |