Главная > Siyasət > Paşinyandan qızına dövlətin pulu ilə bahalı hədiyyə

Paşinyandan qızına dövlətin pulu ilə bahalı hədiyyə


18-12-2019, 11:18. Разместил: azadses
Bahalı maşının pulu büdcədən ödənildi
Ermənistan baş naziri Nikol Paşinyanın böyük qızı Marinaya hədiyyəsi erməni mətbuatının gündəmindədir. Baş nazir qızı üçün yeni bahalı yolsuzluq avtomobili alıb.
Mətbuat yazır ki, yeni maşını Marina özü seçib. Onun pulu dövlət büdcəsindən ödənilib. Bu isə qalmaqala səbəb olub. 
Paşinyanın köməyinə Nazirlər Kabineti başçısının mətbuat xidmətinin başçısı Vladimir Karapetyan çatıb. Onun sözlərinə görə, bahalı və yeni maşının alınması xüsusi dövlət mühafizəsində olan şəxslərin təhlükəsizliyinin təminatı haqqında qanuna tamamilə uyğundur. “Qanun Paşinyanın bütün ailəsinə aiddir. Dövlət Mühafizə Xidməti qanuna uyğun olaraq nəqliyyat vasitəsi də ala bilər”.
İndi bu qanuna əsaslanaraq Paşinyanın digər azyaşlı qızı üçün də dövlət xidmətinin büdcə hesabına xüsusi təyyarə ala biləcəyi də istisna edilmir.




Вернуться назад