Главная > Siyasət > Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlılarla bağlı statistika
Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlılarla bağlı statistika3-10-2020, 14:47. Разместил: azadses |
![]() "Azad Səs" xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, həlak olanlardan 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır: “Həlak olan dinc sakinlərin 8-i Tərtər, 5-i Goranboy, 4-ü Ağdam, 2-si isə Füzuli rayon sakinləridir”. O həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralanan dinc sakinlərin sayı 63-dür: "Onlardan 53-ü kişi, 6-sı qadın, biri isə azyaşlıdır. Yaralılardan 26-sı Tərtər rayon sakini, 14-ü Ağdam sakini, 10-u Ağcəbədi, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i Cəbrayıl sakinləridir”. Вернуться назад |