Главная > Siyasət > “Minsk Qrupunun yeni həmsədrlərindən biri Türkiyə olmalıdır” - Deputat

“Minsk Qrupunun yeni həmsədrlərindən biri Türkiyə olmalıdır” - Deputat


6-10-2020, 12:06. Разместил: azadses
“Çox tarixi mühüm günlər yaşayırıq. Hər şeydən öncə bu sevinci, bu qələbəni xalqımıza yaşadan Ali Baş Komandanımıza və Azərbaycanın müzəffər ordusuna təşəkkür edirik. Əslində Prezident  Azərbaycan xalqına müraciətində bildirdi ki, bu gün yeni tarix yazırıq. Bu tarix Azrbaycanın millət olaraq yenidən doğuluşu tarixidir.  Bu təkcə bizim torpaqlarımızın işğaldan azad olunması hadisəsi deyil. Bu ruhumuzun millət olaraq əsarətdən qurtuluşu tarixidir. Tarixi yaddaşımızın bərpası tarixidir. Bu sevincli günlərdə ordumuza dualar edir, yeni zəfərlər arzulayırıq”.


''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin plenar iclasında deyib.
 
Deputat bildirib ki, bu proseslərdə önə çox mühüm bir məsələ var:


“Azərbaycan ordusunun cəbhədə azad hərəkətini təmin etmək üçün bu vaxta qədər böyük diplomatik-siyasi işlər görülüb. Qlobal ictimai rəy Azərbaycanın leyhinə dəyişdirilib. Bu gün bəzi istisnalar olmaqla heç kim Azərbaycanın haqqlı mövqeyini qınaya bilmir. Təəssüf ki, bu proseslərdə problemin həllinə töhfə verməli olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti xüsusən Fransanın fəaliyyəti təəccüb və təəssüf doğurur. Fransa pezidentinin “biz icazə vermərik ki, Qarabağ yenidən fəth olunsun, biz sona qədər müqavimət göstərəcəyik” bəyanatınan sonra özünə hörmət edən dövlət başçısı kimi Fransa həmsədrlikdən istefa verməlidir. Əgər o müstəqil bir dövlət başçısı kimi bu fikirləri səsləndirirsə buyursun, ancaq tərəfsizliyini itirdiyi halda ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin başçısı kimi bu bəyanatı verməməli idi”.
 
H.Babaoğlu vurğulayıb ki,  bu bəyanatdan sonra Fransa Azərbaycan əleyhinə lobbiçilik etməyə başlayıb və digər həmsədrləri radikal qərarlar qəbul etdirməyə çalışır, üzvü olduğu beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarlar verdirməyə çalışır:


“Bu yolverilməzdir. Əgər Fransanın prezidenti bunu bir neçə yüz min erməninin səsini almağa görə edirdisə, doğru etmirdi. Çünki fransız xalqı beynəlxalq hüququ, ali dəyərləri mənimsəmiş xalqdır. Əslində Makron bu qərəzli mövqeyi ilə məhz fransız xalqının səsini itirmiş oldu. Düşünürəm ki, bundan sonra bizi diplomatik müstəvidə daha çətin və gərgin danışıqlar prosesi gözləyir. Biz buna hazırlaşmalıyıq və ATƏT-in Minsk Qrupunun yeni həmsədrlərindən biri Türkiyə olmalıdır”.



Вернуться назад