Главная > Siyasət > Beynəlxalq təşkilatların rəhbərləri Gəncə və Mingəçevirə aparılır

Beynəlxalq təşkilatların rəhbərləri Gəncə və Mingəçevirə aparılır


12-10-2020, 09:38. Разместил: azadses
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdə olan diplomatik qurumların və beynəlxalq təşkilatların rəhbər və nümayəndəliklərinin Gəncə və Mingəçevirə aparıldığını bildirib.
''Azad Səs'' "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Hikmət Hacıyev bu barədə öz tvitter hesabında məlumat verib. O əlavə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik korpusları, səfirləri, nümayəndə heyətlərinin rəhbərlərini, hərbi attaşelərini, beynəlxalq təşkilatların rəhbərlərini Ermənistanın günahsız mülki insanlara və kritik enerji infrastrukturuna etdiyi raket hücumlarının cinayət səhnələrinə baxmaq üçün sözügedən şəhərlərə aparır.

Вернуться назад