Главная > Siyasət > Ermənilərin xeyli sayda hərbi texnikası məhv edilib

Ermənilərin xeyli sayda hərbi texnikası məhv edilib


16-10-2020, 08:51. Разместил: azadses
"Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib".
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Azad Səs"-ə verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Вернуться назад