Главная > Siyasət > Dövlət başçısı: "Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək"

Dövlət başçısı: "Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək"


17-10-2020, 10:15. Разместил: azadses
“Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədim yaşayış məskənimizi Azərbaycan özünə qaytardı”.
“Azad Səs” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
“On minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttini yarması bizə növbəti strateji üstünlüklər verir, çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi bu sirr deyil biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik”, - ölkə başçısı bildirib.
“Düşmən öz silahlarını yerə qoyub qaçmışdı son mərhələdə. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcəkdir”, - o vurğulayıb.

Вернуться назад