Главная > Siyasət > Türkiyə və Rusiya XİN başçıları cəbhədəki vəziyyəti müzakirə ediblər
Türkiyə və Rusiya XİN başçıları cəbhədəki vəziyyəti müzakirə ediblər27-10-2020, 16:59. Разместил: azadses |
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə ''Report''-un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər. Eyni zamanda nazirlər Liviya və Suriyada olan vəziyyətə dair fikir mübadiləsi aparıblar. Вернуться назад |