Главная > Siyasət > Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilib

Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilib


30-10-2020, 14:28. Разместил: azadses
Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev brifinqdə deyib.
Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1 700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: "Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib".
Baş prokuror deyib ki, Araik Arutunyan, "müdafiə naziri" Cəlal Arutunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki, həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.

Вернуться назад