Главная > Siyasət > Sabiq nazir Cenevrə görüşünün nəticələrini DƏYƏRLƏNDİRDİ

Sabiq nazir Cenevrə görüşünün nəticələrini DƏYƏRLƏNDİRDİ


31-10-2020, 13:30. Разместил: azadses
“Ermənistan atəşkəsi pozaraq, məsələni sülh yolu ilə həll etməkdən faktiki olaraq imtina edir”.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ötən gün Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün nəticələrindən danışarkən qeyd edib. Onun sözlərinə görə, humanitar atəşkəsə aid irəliləyiş mövcuddur:
“Beynəlxalq Qırımızı Xaç təşkilatı bu məsələ ilə məşğul olacaq. Tərəflər bu məsələdə yardım olacaqlarını öz öhdəliklərinə götürüblər. Həmişəki kimi neytral bəyənatdı. Gəncənin, Bərdənin adını çəkmədən mülki əhaliyə qarşı törədilən atəşi pisləyiblər. Tərəflər bir necə günə tezis şəkilində həmsədrlərə öz mövqeylərini çatdıracaqlar. Belə bir çağırış var ki, tərəflər qarşıya qoyulan 3 prinsipə sabiqliyini bildirməlidir.
1-ci prinsip məsələnin sülh yolu ilə həll olunması, 2-ci ərazi bütövlüyünün dəstəklənməsi, 3-cü xalqların öz müqəddəratını qeyd etməsi.
 
Azərbaycan birmənalı olaraq 3 prinsipə əməl edir. Ermənistan isə təxribatlar edərək məcbur edir ki, Azərbaycan cavab olaraq güc tətbiq etsin. Atəşkəsi pozmaq o deməkdir ki, Ermənistan tərəfi sülh yolu ilə məsələni həll etməkdən faktiki olaraq imtina edib. Ermənistan hətta ikinci prinsipədə sabiq deyil. Paşinyan bəyənatında “Qarabağ Ermənistandır” deməyi ona gətirib çıxarır ki, Azərbaycanın ərazi bütövlüyünü tanımır və tanımaq niyyətində deyil.
Bundan irəli gələn bir mövzuda var ki, Ermənistan guya, orda yaşayan ermənilərin təminatcısı olaraq güc tətbiq edir. Torpaqlarımızı işğal edərək, qoşunlarını həmin əraziyə yerləşdirir. Təbii ki, bu prinsiplərin gündəmdən getməsi həmsədrləri narahat edir və onlar bu məsələyə aydınlıq gətirmək istəyirlər”.

Вернуться назад