Главная > Siyasət > MSK deputatlığa namizədlərə əmlakları ilə bağlı xəbərdarlıq etdi

MSK deputatlığa namizədlərə əmlakları ilə bağlı xəbərdarlıq etdi


7-01-2020, 18:11. Разместил: azadses
“Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakları barədə məlumat verməli, əmlaklarını gizlətməməlidirlər”.
Azadsəs-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahovun sözlərinə görə, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: "Əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir. Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.
MSK sədri onu da bildirib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2330 namizəd müraciət edib.
Onun sözlərinə görə, müraciət edən şəxslərin 2203 nəfərinin namizədliyi artıq təsdiq olunub: "2075 nəfər imza vərəqələrini götürüb. 874 nəfər imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 557 nəfər qeydə alınıb"


Вернуться назад