Главная > Siyasət > "Yaxın günlərdə Ağdarə işğaldan azad ediləcək" - ŞAD XƏBƏR!

"Yaxın günlərdə Ağdarə işğaldan azad ediləcək" - ŞAD XƏBƏR!


9-11-2020, 14:23. Разместил: azadses
“Azərbaycan Ordusu işğal altında olan ərazilərin tamamını düşməndən azad edənə qədər hərbi əməliyyatlar davam edəcək”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki bu sözləri hərbi ekspert Əbuzər Əbilov döyüş əməliyyatların hazırki durumu ilə bağlı danışarkən deyib. O bildirib ki, Ermənistan ordusu geri çəkilməyə başlayıb:
“Hazırda hərbi əməliyyatlar tam sürətlə davam edir. Həm Kəlbəcər, həm Cəbrayıl-Qubadlı, həm də Laçının alınması istiqamətində döyüşlər davam edir. Ordumuz Qarabağın mərkəzinə doğru hərəkət edir. Düşmən hər tərəfdən mühasirəyə alınıb. Artıq demək olar ki, Ermənistandan Qarabağa silah, texnika gətirməyə də imkanları qalmayıb. Bu gün səhər saatlarından döyüşlər daha da intensivləşib. Hesab edirəm ki, yaxın günlərdə biz Ağdərəni işğaldan azad edib, şəhərin mərkəzinə daxil olacağıq”.

Вернуться назад