Главная > Siyasət > Türkiyənin Qarabağda necə təmsil olunacağı ilə bağlı daha bir açıqlama

Türkiyənin Qarabağda necə təmsil olunacağı ilə bağlı daha bir açıqlama


12-11-2020, 12:44. Разместил: azadses
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, H. Akar bu barədə Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Nazirliyinin 2021-ci il üzrə büdcə müzakirələrində bildirib.

Nazir qeyd edib ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan razılaşmanın icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq.

Вернуться назад