Главная > Siyasət > Şuşaya yol çəkilir
Şuşaya yol çəkilir17-11-2020, 13:47. Разместил: azadses |
Füzuli şəhərindən Şuşa şəhərinə yol çəkilir. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, artıq yolun çəkilişinə start verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda layihənin icrasının gedişi ilə tanış olublar. Dövlət başçısı qeyd edib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür: “Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur". Prezident bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib: “Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Eyni zamanda bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Və deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min km-dən çox avtomobil yolu çəkilibdir. Yollar da keyfiyyətlidir. Bu göstəriciyə görə, Azərbaycan dünyada qabaqcıl yerlərdədir”. Вернуться назад |