Главная > Siyasət / Cəmiyyət > Küveyt mediası Azərbaycan Ordusunun qələbəsindən yazdı

Küveyt mediası Azərbaycan Ordusunun qələbəsindən yazdı


22-11-2020, 11:25. Разместил: azadses
Küveytin ingilis dilli “Kuwait Times” qəzetinin 22 noyabr 2020-ci il tarixli sayında “Azərbaycan qoşunları Ermənistanın təhvil verdiyi birinci bölgəyə daxil olur” başlıqlı məlumat dərc ounub.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, məlumatda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycanın işğal olunmuş Ağdam rayonunun Ermənistan tərəfindən təhvil verildiyi və Azərbaycanın hərbi birləşmələrinin rayona daxil olduğu  bildirilib. Həmçinin qeyd olunub ki, razılaşmaya görə noyabr ayının 25-dəDağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən Kəlbəcər rayonu, dekabr ayının 1-də isə Laçın rayonu geri qaytarılacaqdır.
 
Ağdam rayonunu tərk edən ermənilərin ağaclardakı meyvələri yığıb mikroavtobuslarla qaçdıqları və gedərkən evlərini yandırdıqları qeyd olunub.
 
Məqalədə 6 həftəlik döyüşlərdən sonra əldə edilən üçtərəfli atəşkəs razılaşması haqqında məlumat verilib və qeyd olunub ki, razılaşma çərçivəsində tərəflər döyüşlərə son qoymağı qəbul etdilər, Dağlıq Qarabağ bölgəsinə Rusiya sülhməramlıları yerləşdirilib və Ermənistanın ərazilərin bir hissəsini tərk etməsini özündə ehtiva edir. Türkiyənin bəzi qüvvələrinin də atəşkəs tənzimləmələrini Azərbaycanda yerləşəcək Koordinasiya Mərkəzindən izləyəcəkləri vurğulanıb.
 
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin televiziya ilə xalqa müraciətində qaçarkən əmlakı dağıdan erməniləri “vəhşi düşmən” adlandırdığı qeyd olunub. "Bütün dünya qarşısında özlərini biabır edirlər" - fikri öz əksini tapıb.
 
1990-cı illərdə Dağlıq Qarabağdakı erməni separatçılarının öz “müstəqilliklərini” elan etdikləri, lakin Ermənistanın özü də daxil olmaqla dünyanın heç bir dövləti tərəfindən tanınmadığı məsələsinə toxunulub.
 
Həmçinin Azərbaycanın azad edilən Ağdam rayonunda postsovet müharibəsindən əvvəl evlərindən didərgin salınan 130.000 nəfər etnik azərbaycanlının yaşadığı, bölgəyə BMT nümayəndə heyətlərinin də gələcəyi, regionun sakinlərinə humanitar yardım göstərilməsinin vacibliyi qeyd olunub.
 
Eyni zamanda prezident İ.Əliyevin fikirlərinə istinadən bildirilib ki, azərbaycanlılar  öz dədə-baba torpaqlarına qayıdacaqlar.
 
Daha sonra paytaxt Bakı şəghərində insanların öz sevinclərini, qələbəsini küçələrdə əlllərində bayraqlarla qeyd etdikləri halda, Ermənistanın paytaxtı İrəvan şəhərinin  küçələrində müxalifətin Baş nazir Nikol Paşinyanı istefaya çağırması ilə siyasi böhranın yarandığı bildirilib. Ermənistan rəhbərliyi tərəfindən Müdafiə naziri David Tonoyanın dəyişdirildiyi, etiraz mitinqlərində çoxsaylı etirazçının həbs olunduğu barədə məlumat verilib.



Вернуться назад