Главная > Siyasət > ATƏT bundan sonra Qarabağda nə iş görəcəyini AÇIQLADI
ATƏT bundan sonra Qarabağda nə iş görəcəyini AÇIQLADI27-11-2020, 10:20. Разместил: azadses |
![]() Bundan sonra ATƏT və Şəxsi nümayəndənin öz işini daha səmərəli şəkildə davam etdirməsini ilk növbədə münaqişə tərəfləri ilə müəyyənləşdirmək lazımdır. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Trend-ə ATƏT-dən bildiriblər. Təşkilatdan bildiriblər ki, rusiyalı sülhməramlıların yerləşdirilməsi və atəşkəsə əməl olunması üzrə Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılması hərbi təhlükəsizliyi təmin edəcək: “ATƏT təhlükəsizliyin təmin olunması üzrə təşkilat olmaqla atəşkəs rejimi və böhran idarəçiliyindən tammiqyaslı sülh sazişi və münaqişəsonrası bərpa prosesinə keçiddə rol oynaya bilər. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi tərəflərin razılığı, ATƏT sədrliyinin və ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərliyi ilə zərurət təqdirində fəaliyyətini genişləndirməyə hazırdır. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi maraqlı tərəflərə öz xidmətlərini təklif etməyə, siyasi razılaşmalardan konkret fəaliyyətə keçiddə kömək etməyə, etimadın möhkəmləndirilməsi üzrə razılaşdırılmış tədbirlərin hazırlanması və reallaşdırılmasını dəstəkləməyə hazırdır”. Вернуться назад |