Главная > Siyasət > Hökumət üzvləri işğaldan azad olunmuş ərazilərin bərpasını müzakirə edib
Hökumət üzvləri işğaldan azad olunmuş ərazilərin bərpasını müzakirə edib28-11-2020, 15:29. Разместил: azadses |
Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən ''Azad Səs''-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Вернуться назад |