Главная > Siyasət > Türkiyənin Müdafiə Nazirliyindən Laçının işğaldan azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyənin Müdafiə Nazirliyindən Laçının işğaldan azad olunması ilə bağlı PAYLAŞIM


1-12-2020, 08:12. Разместил: azadses
Türkiyənin Milli Müdafiə Nazirliyi işğal altında olan Laçın rayonuna Azərbaycan Ordusunun daxil olması ilə bağlı paylaşım edib.
 
''Azad Səs'' xəbər verir ki, nazirliyin “Twitter” səhifəsində qeyd olunur:
 
“Qardaş Azərbaycan Qarabağda əldə edilən böyük qələbədən sonra işğal altındakı torpaqlarını qaytarmağa davam edir. Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girdi”.
 
Paylaşımda #QarabağAzərbaycandır həştəqi də qoyulub.

Вернуться назад