Главная > Siyasət / Manset > Nazirlik: Ermənilər Füzulidəki Hacı Ələkbər məscidini dağıdıblar
Nazirlik: Ermənilər Füzulidəki Hacı Ələkbər məscidini dağıdıblar7-12-2020, 13:37. Разместил: azadses |
Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Mədəniyyət Nazirliyindən bildilib ki, məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılıb. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir. 1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala salınıb. Вернуться назад |