Главная > Şou biznes > Silvestr Stallone malikanəsini satır

Silvestr Stallone malikanəsini satır


14-05-2021, 09:00. Разместил: azadses
Amerikalı aktyor və rejissor Silvestr Stallone Los-Ancelesdəki malikanəsini təkrarən satışa çıxarıb.

Bu barədə “Mansion Global” nəşri məlumat yayıb.

140 sotluq ərazinin dəyəri 85 milyon dollardır.

Məşhur bu mülkü ilk dəfə yanvar ayında satışa çıxarıb. O zaman daşınmaz əmlaka 110 milyon dollar qiymət qoyulub.

Pandemiya şəraitində bahalı əmlakın satışındakı çətinlikləri nəzərə alan Stallone mülkün dəyərini 25 milyon dollar endirib.


Вернуться назад