Göyçə və Zəngəzur Azərbaycana qaytarılır?
- 21-12-2020, 13:57
- Cəmiyyət

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, deputat Nəsib Məhəməliyev bildirib ki, ermənilərin Zəngəzuru təzminat olaraq Azərbaycana qaytarması şayiədir:
"Gündəlikdə belə bir məsələ yoxdur. Zəngəzur, Qafan, Göyçə tarixi Azərbaycan torpaqları olsa da, beynəlxalq birlik tərəfindən Ermənistan ərazisi hesab olunur. Deportasiya nəticəsində öz yurdlarından qovulmuş azərbaycanlı qaçqınların o bölgələrə köçürülməsi ancaq Ermənistan dövlətinin razılığı ilə ola bilər. O da indiki halda real görünmür".