azadses.az » Cəmiyyət » Ermənistan Qazaxın 7 kəndini qaytarmağı niyə UZADIR…

Ermənistan Qazaxın 7 kəndini qaytarmağı niyə UZADIR…

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin sonradan əsas açıqlamada və bəyanatın təqdimetməsində həmin müddəanın yer almadığı bəlli oldu.

Buna baxmaraq, bir müddət sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirdi ki, razılaşmaya əsasən, Ermənistan Kəlbəcəri 15 noyabra, Ağdam rayonu və Qazaxın işğal altındakı hissələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər boşaldacaq.

Qeyd edildiyi kimi, Azərbaycanın işğal altında olan həmin əraziləri ordumuzun nəzarətində keçdi.
Ancaq Qazaxın işğal altındakı 7 kəndinin taleyi hələ də müəmmalı olaraq qalmaqdadır.

Qeyd edək ki, Qazax rayonun işğal altında qalan kəndləri bunlardır:

Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992

Bəs bu kəndlərin aqibəti necə olacaq?

Modern.az-a bu haqda danışan tanınmış jurnalist, əslən Qazaxdan olan Elçin Alıoğlunun fikrincə, 7 kəndinin taleyi müəmmalı deyil. Elçin Alıoğlu bildirib ki, müəyyən proseslərin mərhələli şəkildə həllinə ehtiyac var:  

“Yaxın tarixə baxsaq, Qazax ərazisi 1983-cü ildən bu yana dəfələrlə ermənilərə güzəştə gedilib. Adətən bu, Azərbaycanın keçmiş rəhbərliyinin zamanında oldu. Ən son olaraq, Qazaxın 4 kəndinin yaylaqları və meşəlik əraziləri Ermənistana faktiki olaraq hədiyyə verilmişdi. Bu, qarşılıqlı demarkasiya və delimitasiya deyildi, faktiki olaraq, Ermənistanın təzyiqləri qarşısında geri çəkilmək idi. Bu bərbad praktikanın əsasını qoyan və davam etdirən Əbdürrəhman Vəzirov olmuşdu. Həmin təcrübənin acısını hələ də çəkirik.

Vətən Müharibəsindən sonra noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın ilkin variantında Qazaxın 7 kəndinin geri qaytarılması da qeyd edilmişdi. Lakin sonrakı yekun variantda bu kəndlər çıxarılmışdı. Səbəbə gəlincə, beynəlxalq təcrübədə dövlətlərarası anlaşmaların bir neçə formatı mövcuddur. Formata görə, bəyanatın ictimaiyyət üçün açıqlanan - əsas versiyası və köməkçi versiyası olur. Azərbaycan-Rusiya və Ermənistan arasında imzalanmış bəyanatın ictimaiyyətə açıqlanan versiyasında cəmi 5 bənd qeyd edilib. Bu bəndlər preambula sayılır. Preambulada olmayan məsələlər sonrakı əlavə sənədlərdə ya yazılı, ya şifahi razılaşmalar əsasında əldə olunmuş anlaşmalar formasında olur. Məsələn, Zəngilan və Qubadlı rayonlarının Ermənistanın Sünik (Zəngəzur) vilayəti ilə həmsərhəd kəndləri 1988-ci ildən başlayaraq, mərhələli şəkildə işğal edilmişdi. 1992, 1993-cü illərdə isə bu işğal tamamilə başa çatmışdı. Nəticədə Zəngilanın, Qubadlının bəzi əraziləri Ermənistana ilhaq edilmişdi. Yerdə qalan qisim isə terrorçu xuntanın nəzarətində idi. Bu səbəbdən Zəngilan, Qubadlı ərazisinin Ermənistanda olan bölgələri indi yenidən demarkasiya və delimitasiya olunub. Faktiki olaraq, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədi yenidən qurulur. Bu sərhəd 1928-1929-cu illərdəki Sovet xəritələri əsasında aparılır, CPS naviqasiya vasitəsilə müəyyənləşdirilir. Bu, beynəlxalq hüququn normativ prinsiplərindən irəli gələn məsələdir. Məhz bu səbəbdən Qafan rayonunda, həmçinin Ermənistanın digər rayonlarında 13 kənd yaxınlığındakı hakim yüksəkliklər artıq Azərbaycanın əlindədir. Eyni zamanda, Qafan-Gorus yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir. Bu yolu ermənilər sonradan çəkmişdilər və yol da ermənilər üçün strateji əhəmiyyət daşıdığından ciddi narazılıqlar yaranıb.

Qeyd etdiyimiz məsələni, Qazax problematikasına inikas etsək, eyni situasiya alınır. Çünki bəhs etdiyimiz 7 kənd Azərbaycanın Ermənistan ərazisindəki həm eksklavı, həm anklavı sayılır. Həmin kəndlərə Azərbaycanın əsas ərazisindən bilavasitə yol yoxdur. Mütləq şəkildə dəhliz gərəkdir. Kəndlərin geri alınmasının bu qədər uzanması həmin dəhlizin marşrutunun, eninin və ümumilikdə kontrlarının aydınlaşması ilə əlaqədardır. Çünki Ermənistan bəhs etdiyim kəndlərin Azərbaycanla birləşdirici dəhlizinin olmamasını istəyir. Belə olduqda isə Azərbaycanın əsas hissəsi ilə həmin kəndlər arasında nəqliyyatın və xəbərləşmənin forması qeyri-müəyyən qalır. Yeganə yol dəhlizin olmasıdır. Bu dəhliz necə və hansı kəndlər ərazisindən keçəcək? Bunun əvəzində Ermənistana analoji dəhliz yaradılacaqmı? Çünki dəhliz birtərəfli olmur, mübadilə şəklində olmalıdır. Bütün bu məsələlər müzakirə mövzusudur və bu müzakirələr ən yaxın günlərdə nəzərdə tutulub. Hətta həmin kəndlərdə sonradan məskunlaşan ermənilərə göstəriş də verilmişdi ki, 10 gün ərzində kəndləri tərk etsinlər”.  

Jurnalist hesab edir ki, Qazaxın kəndlərinin təhvil verilməsini gecikdirən amillərdən biri də Ermənistandakı daxili siyasi situasiyanın durmadan gərginləşməsidir:

“Ermənistanın baş naziri Nikol Paşinyanla erməni müxalifəti arasındakı qarşıdurma artıq kritik həddə çatıb. Ermənistanın daxilində olan qüvvələrin tələbi, əsasən də xaricdə fəaliyyət göstərən erməni diasporunun istəkləri durumu gərginləşdirir. Yəni biz hazırda Paşinyanla erməni diasporu arasında qarşıdurmanı müşahidə edirik. Qazaxın kəndlərinin taleyinin  uzanması həm də Ermənistandakı situasiyanın gərginləşməsi ilə bağlıdır. Çünki Paşinyan indiki şəraitdə xəyanətdə suçlanır. Bildirirlər ki, Ermənistan əraziləri Azərbaycana peşkəş edilir. İndiki şəraitdə 7 kəndin də həmin məsələyə əlavə edilməsi vəziyyəti daha da gərginləşdirib. Ona görə Paşinyan qeyri-rəsmi olaraq, vaxt istəyib ki, vəziyyət bir qədər qaydasına düşsün, həmin kəndlər qaytarılacaq.

Qazaxın 7 kəndi birmənalı şəkildə işğaldan azad olunacaq. Çünki Azərbaycanla Ermənistan arasındakı sərhədlər yenidən demarkasiya olunur. Proses artıq gedir. Birinci Qafanda başlayan bu proses xəritə ilə götürdükdə yuxarıya doğru hərəkət edir. Laçın və Kəlbəcərin də bir qismini Ermənistan qeyri-qanuni şəkildə, zorla keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın vaxtında ilhaq edib. Həmin kəndlərin üzərindəki yüksəkliklər də azad ediləcək. Bu proses davam edir. Bundan sonra növbə Qazax rayonuna çatacaq.

Qazaxın 7 kəndinin taleyi tək kəndlərin azad edilməsi demək deyil. Kəndlər öz özlüyündə o qədər də böyük yaşayış məntəqələri deyil, söhbət həmin kəndlərin əhatəsindəki meşələr, yaylaqlar, otlaq sahələri və biçənəklərdən gedir. Ərazisi çox böyük olan bir arealdan danışırıq. Həmin arealın könüllü şəkildə, həvəslə Ermənistan tərəfindən azad ediləcəyini düşünmək sadəlövhlük olardı. Ermənistana təzyiqlər artıb. Ermənistan Sovet sərhədlərinə birmənalı şəkildə qayıtmalıdır. Bunun o yan-bu yanı yoxdur.

Ermənistanda indi revanş istəkləri, yenidən müharibə istəyi səsləndirilir. Amma bu cəhd Ermənistanın sonu ola bilər. Nikol Paşinyan da bunu başa düşür. İndi daha ciddi şəkildə tələb etsək ki, təcili 7 kənd azad olunsun, onda hakimiyyətə yeni revanşist qüvvələr gələcək və danışıqlar daha da uzanacaq. Məhz buna görə, Rusiya və Azərbaycan Ermənistana ciddi təzyiqlər göstərmirlər, vəziyyət sakitləşən kimi kəndlərimizin taleyi də asanlıqla həll ediləcək”.

“Ermənistanda hakimiyyət dəyişərsə, bəyanatın taleyi necə olacaq” sualına gəlincə, Elçin Alıoğlu deyib ki, bu, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı deyil:

“Ermənistan həmin bəyanatda göstərilən müddəalara əməl etməzsə, birmənalı olaraq, ya siyasi  ya da hərbi yolla bu məsələ həll olunacaq. Azərbaycan öz mövqeyini bildirib, ərazilərinin 1 kvadrat metrini belə işğalda saxlamaq niyyətində deyil. Sadəcə olaraq, proseslərin təbii axarı var, bir də süni təkan vermək mümkündür. Süni təkan prosesi arzuolunmaz istiqamətə apara bilər.

Nikol Paşinyanın devrilməsi məsələsi bizi o qədər də maraqlandırmır. Bizi maraqlandıran Azərbaycan torpaqlarının tam şəkildə işğaldan azad edilməsidir. Biz buna çalışırıq. Paşinyan olsun, İvanyan olsun, Koçaryan olsun… şəxsən məni qətiyyən maraqlandırmır. Bu erməni xalqının öz seçimidir.

Ermənistanda vəziyyətin gərginləşməsinin bölgə ölkələrinə heç bir faydası yoxdur. İran, Rusiya, Türkiyə, Gürcüstan gərgin, idarəolunmaz situsiyanın yaranmasında maraqlı deyillər. Ona görə, məsələnin tezliklə həllini tapacağı istisna deyil”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?