azadses.az » Cəmiyyət » Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar”

Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar”

“Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində Vətənə qayıtmışıq və doğmalarımıza qovuşmuşuq”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əhmədzadə Mobil İlqar oğlu deyib.
O bildirib ki, əsirlikdə olan vaxtı işgəncələrə məruz qalıb: “Düşmən tərəfindən beynəlxalq hüquqa riayət olunmur. Əsirlikdə olan zaman müharibənin bitdiyini bilmirdim. Dekabrın 10-da gördüm ki, ermənilər televizorda bizim parada baxırlar. Ermənilər isə Paşinyan, Paşinyan qışqırırdılar. Fikirləşdim ki, Ordumuz qələbə çalıb ki, bu cür hallar baş verir. Bir daha Ali Baş Komandana Vətənə qayıtdığım üçün minnətdarlığımı bildirirəm”.
“Əsirlikdə olan zaman işgəncələrə məruz qaldım. Elektrik cərəyanına verirdilər və s. işgəncələr edirdilər. Vətənə qayıdan zaman ayaqlarım işləmirdi. Əgər ayaqlarım işləsəydi, torpaqlarımızı öpərdim”, - bu sözləri isə erməni əsirliyində olmuş hərbi qulluqçumuz Kərimov Bayram Yaşar oğlu deyib.
O bildirib ki, Vətənə, yaxınlarının yanına döndüyü üçün Ali Baş Komandana minnətdarlığını bildirir: “Məhz onun sayəsində Ordumuz torpaqlarımızı işğaldan azad etdi”.
“Bizə işgəncələr verirdilər, qeyri-insani münasibət göstərirdilər. Deyirdilər ki, biz deyəcəyik, sən təkrarlayacaqsan. Bəli, mən onların dediyini təkrarlayırdım, ancaq özlərinə qarşı. Mənə çox işgəncələr verirdilər ki, niyə bizdən qorxmursunuz?” - bu sözləri erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.
“Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar. Mən Azərbaycan əsgəri olduğumla fəxr edirdim. Bizə işgəncə verən zaman deyirdilər niyə qışqırmırsınız? Ağrımır? Erməni mənə sual verirdi ki, sizə iynə vururlar belə olursunuz? Soruşdum ki, necə? Dedi ki, öz gözümün şahidi oldum ki, güllə vurduğum adam durub, üstümə gəlirdi. Mən inanırdım ki, Ali Baş Komandan İlham Əliyev bizi orada qoymayacaq”, - deyə o əlavə edib.
“Bizə əsirlikdə həkimlərin etdiyi hərəkətləri hələ də unutmuram. Həkimlər qolumu yandırdılar, işgəncə verirdilər”, - bunu isə erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əliyev Anar Hidayət oğlu deyib.
“12 gün əsirlikdə oldum. Yatanda gəlib təpiklə vururdular ki, niyə yatmısan? Bir saat belə yata bilmirdim. Vətənə qayıtdığım üçün Ali Baş Komandana minnətdarlığımı bildirirəm”, - deyə o qeyd edib
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  2. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
  3. Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb
  4. Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında görüş keçirilib
  5. Bakıda iki qardaş bıçaqlanıb
  6. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
  7. Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb
  8. FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  9. Cəlilabadda 37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb - YENİLƏNİB
  10. Azərbaycanda 33 dərəcə isti qeydə alınıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb Ətraflı
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Təhsil artıq şagirdlərə tək yazı-pozunu öyrətməklə yekunlaşmır, çünki hazırki dövrdə təhsil prosesi olduqca mürəkkəbdir. Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib