azadses.az » Cəmiyyət » Laçın dəhlizinə Azərbaycan da nəzarət edəcək

Laçın dəhlizinə Azərbaycan da nəzarət edəcək

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy Azərbaycanın Qarabağdakı hərbi-siyasi strategiyası barəsində fikirlərini açıqlayıb. 


''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, analitik dekabrın 1-dən sonra Azərbaycanın Qarabağdakı addımlarını hərbi-siyasi konteksdən dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan 3 mərhələli planı həyata keçirir:


"1-ci mərhələdə təxminən 1000 km-lik Azərbaycan Ermənistan sərhədini tam nəzarətə almaq və Ermənistan ordusuna tam bağlamaq. Bu mərhələ hazırda sürətlə davam etdirilir.


2-ci mərhələdə Rus sülhməramlısının olduğu Laçın dəhlizində nəzarəti təmin etmək. Bu çərçivədə Ermənistan sərhədinin Laçın dəhlizi hissəsində rus sülhməramlılari ilə yanaşı Azərbaycan sərhəd, gömrük və təhlükəsizlik xidmətinin fəaliyyətini təmin etmək. Hazırda bunun hərbi-siyasi bazası hazırlanır. Prezidentin ilin yekununa dair çıxışında 3 dəfə Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə vurğu etməsi, Fransa nümayəndə heyətinin səfəri, 10 noyabrdan sonra Qarabağa Ermənistan hərbiçilərinin gəlməsi və bu prosesdə doğrudan və dolaylı rus əsgərinə vurğusu bunun ilk addımdır. Ardından diplomatik və siyasi müstəvidə rus sülhməramlıların bu istiqamətdə işlərini doğru görmədiyi sıx-sıx vurgulanacaq və dəhlizdə Azərbaycan qurumlarının olması zərurəti sadəcə hüquqi deyil, həm də hərbi-siyasi zərurət kimi önə çıxarılacaq. Bu mərhələnin önümüzdəki 2-3 ay ərzində aktuallaşacağını təxmin etmək olar.


3-cu mərhələ Qarabağdakı erməni yaraqlılarının tərkisilah edilməsi məsələsidir. Prezident artıq bir neçə dəfə bu məsələyə sərt reaksiya verib və məsələnin bir terror hadisəsi kimi xarakterizə etməyə başlayıb. Önümüzdəki aylarda, təxminən fevral ayının sonundan başlayaraq Qarabağda həm ərazidə antiterror əməliyyatları, həm də konkret şəxslərə qarşı nöqtə əməliyyatları olacağını təxmin etmək olar. DTX rəhbəri Əli Nağıyevin Moskvada rus və erməni həmkarları ilə görüşü, Ermənistan DTX rəhbərinin Bakıya səfəri edəcəyi (bəzi xəbərlərə görə artıq edib) bu konteksdə düşünülə bilər. Hətta Azərbaycan cəmiyyətinin artan narahatlığını nəzərə alsaq, prezident səviyyəsində son günlərdə verilən "biz də narahatıq" mesajının yanvar və fevral ayında da bəzi anti-terror əməliyyatları ilə dəstəklənməsi sürpriz olmaz. Rusiyanın bu əməliyyatlara 44 günlük müharibəyə verdiyi reaksiya verəcəyini təxmin edirik. Yəni əməliyyatlara əməli mənada qarşı çıxmayacaq, ancaq bəzi dairələrdən qarşı çıxırmış kimi mesajlar veriləcək. Bu arada Rusiya və Ermənistan rəsmiləri bu terror əməliyyatlarının məsuliyyətini də Monitorinq Mərkəzində vəzifəsinin icrasına başlayan Türk hərbçilərin üstünə yıxmaq taktikası izləyə bilər".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?