Baş infeksionistdən koronavirusla bağlı MÜHÜM AÇIQLAMA
- 14-01-2021, 08:15
- Cəmiyyət

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, xəstəlikdən sağalan insanların immuniteti də bu işdə rol oynayır:
"Bir tərəfdən insanların xəstələnərək immunitet əldə etməsi, digər tərəfdən vaksinasiya olunaraq süni immunitet qazanması, sonda kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində xəstələnənlərin sayında xeyli azalmaya səbəb olacaq".
Baş infeksionist qeyd edib ki, bu proseslərdən sonra virus tam aradan qalxmasa da, bugünkü kimi qlobal səviyyədə xəstələnmələr baş verməyəcək: "Bundan sonra infeksiya idarə olunacaq səviyyədə olacaq".